Texnoloji güc və beynəlxalq təcrübə: Çinin nəhəngi Tongda Azərbaycanda fəaliyyətə başlayır
14 oktyabr 2025
0000
Zhi Guo Gao, “Tongda Plastic Machinery Co. Ltd” şirkətinin meneceri
1982-ci ildə əsası qoyulmuş Tongda şirkəti ardıcıl texnoloji yeniliklər prosesi sayəsində bu gün Çinin ən böyük istehsalçılarından birinə çevrilib. Şirkət güclü texnoloji potensiala və peşəkar mühəndis komandaya malikdir. Tongda altı əsas texnoloji istiqamət üzrə ixtisaslaşıb: ekstruderlər, ekstrüziya qəlibləri, vakuum kalibrasiya sistemləri, traktor (dartıcı sistemlər), avtomatik kəsmə və avtomatik dozajlama avadanlıqları. Şirkət bu istiqamətlər üzrə onlarla milli patentə sahibdir.
Bu sərgi, çoxsaylı sənaye şirkətlərinin nümayəndələrinin toplandığı beynəlxalq platforma kimi, bizim üçün yeni tanışlıqlar və əlaqələr qurmaq baxımından böyük əhəmiyyət daşıyır. Sərginin ilk günüdür və ziyarətçilərin sayı tədricən artır. Azərbaycan zəngin ölkə olmaqla yanaşı, vizasız giriş üstünlüyünə malikdir, bu da onu biznes üçün cəlbedici bazara çevirir. Biz yerli bazarı araşdırdıq və burada fəaliyyət göstərən iri istehsal müəssisələri və şirkətlərlə əlaqə qurmaq, potensial əməkdaşlıq imkanlarını müzakirə etmək niyyətindəyik.
Ümid edirik ki, bu sərgi bu istiqamətdə ilk uğurlu addımımız olacaq. Düzdür, sərginin real nəticələrini tədbirin sonunda görmək mümkün olacaq, lakin artıq bu gün burada çoxsaylı yerli və beynəlxalq şirkətlərin iştirakını müşahidə edirik.