Ramiq İbrahimov, Derya Keramika şirkətinin Azərbaycandakı nümayəndəliyinin direktoru
Derya Keramika keramika məhsulları, elektrik su qızdırıcıları və radiator istehsalı sahəsində fəaliyyət göstərən şirkətdir. Şirkət 2017-ci ildə yaradılıb. Biz isə keramika məhsulları istiqamətində təxminən beş ildir ki, əməkdaşlıq edirik və Azərbaycanda brendin məhsullarını təmsil edirik. Bu sərgidə əsasən keramika məhsullarımızı və hamam otaqları üçün nəzərdə tutulan aksesuarları təqdim edirik. Məqsədimiz məhsullarımızı ziyarətçilərə daha yaxından tanıtmaq, şirkət və müştərilər arasında əlaqələri genişləndirmək, həmçinin yeni əməkdaşlıq imkanları əldə etməkdir. Belə tədbirlər məhsulların nümayişi ilə yanaşı, bazarın tələbatını öyrənmək və potensial tərəfdaşlarla birbaşa ünsiyyət qurmaq baxımından çox əhəmiyyətlidir. Bu il bizim üçün ilk iştirakdır. Bununla belə, əvvəlki gözləntilərlə müqayisədə ziyarətçilərin sayının bir qədər az olduğunu müşahidə edirik. Ümid edirik ki, sərginin növbəti günlərində iştirakçıların və ziyarətçilərin sayı artacaq, daha çox işgüzar görüş keçirmək imkanımız olacaq. Artıq sərgi çərçivəsində bir neçə şirkətlə müqavilələr bağlamışıq. Bu, iştirakımızın nəticələri baxımından bizim üçün müsbət göstəricidir. Gözləntilərimiz yaxşıdır və hesab edirik ki, sərgi yeni tərəfdaşlıqların qurulması, mövcud əlaqələrin möhkəmləndirilməsi və məhsullarımızın Azərbaycan bazarında daha geniş tanıdılması üçün faydalı platformadır.