Təchizat zəncirini gücləndirən platforma – inşaat sərgilərinin rolu

Təchizat zəncirini gücləndirən platforma – inşaat sərgilərinin rolu

16 oktyabr 2025 0000

Təranə Abbasova, Direktor müavini, “Oil Supply” şirkəti
Biz təchizat sahəsində fəaliyyət göstərən şirkətik – əsasən neft-qaz, tikinti və digər sənaye istiqamətlərində müxtəlif malların təchizatı ilə məşğuluq. Hər il bu kimi sərgilər keçiriləndə mütləq iştirak edirik, çünki məqsədimiz yeni işgüzar əlaqələr qurmaq, şirkətimizin məlumat və partnyor bazasını genişləndirməkdir.
Belə sərgilər bizim üçün həm yeni tərəfdaşlarla tanış olmaq, həm də mövcud bazarı daha yaxından öyrənmək baxımından çox vacibdir. Biz stendləri bir-bir gəzərək maraqlı yenilikləri tapmağa, tenderlərdə iştirak üçün lazımi məlumatları toplamağa çalışırıq.
Hazırda plastik məhsullarla bağlı sərgi bölməsini ziyarət edirik. Bu sahəyə böyük maraq olduğu üçün bizi xüsusilə cəlb etdi. Yerli şirkətləri artıq yaxşı tanıdığımızdan, xüsusilə yeni şirkətlərə və xarici istehsalçılara diqqət yetiririk. Məsələn, Çin şirkətlərinin stendlərinə baxırıq, sertifikatlarının olub-olmadığını və bizimlə əməkdaşlığa yararlı olub-olmayacaqlarını qiymətləndiririk.
Mən 2020-ci ildən bəri hər il sərgilərə gəlirəm və bu tədbirlərin faydasını çox görmüşəm. Əlaqələr mərhələli şəkildə qurulur – əvvəlcə sərgidə tanışlıq, sonra ofisdə görüş və ya onlayn danışıqlar. Bu üsul özünü tam sübut edib, çünki kommunikasiyanı gücləndirir, təchizat zəncirini genişləndirir və əvvəllər əlçatmaz olan xarici istehsalçıları daha yaxın edir.
Sərgilərin ən böyük üstünlüyü odur ki, bir məkanda müxtəlif ölkələrin nümayəndələrini görmək, birbaşa dialoq qurmaq və əməkdaşlıqları başlatmaq mümkündür.
 

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN