Süni intellekt dəstəkli texnologiyalar və peşəkar mühəndis heyəti ilə Haida Machinery Azərbaycanda

Süni intellekt dəstəkli texnologiyalar və peşəkar mühəndis heyəti ilə Haida Machinery Azərbaycanda

15 oktyabr 2025 0000
Chaochao Wu, Satış nümayəndəsi, Ningbo Haida Machinery Co. Ltd (Çin)

Haida Machinery Co. Ltd şirkətinin baş ofisi inyeksiya maşınlarının vətəni sayılan Ningbo şəhərində yerləşir. 1992-ci ildə təsis edilmiş şirkət bu gün 33 illik fəaliyyət tarixinə, 200 min kvadratmetrlik istehsal sahəsinə, 3 fabrikə və 300 əməkdaşa malikdir, onların 50-dən çoxu mühəndisdir. Şirkət müştərilərə süni intellect dəstəkli, avtomatlaşdırılmış texnologiyalar və istehsal prosesləri təqdim etməklə daha rahat və səmərəli iş şəraiti yaratmağı hədəfləyir.

Azərbaycan bazarında bizim sadiq müştərimiz XTRA Plast şirkətidir. Lakin bu sərgidə ilk dəfədir iştirak edirik. Məqsədimiz bazardakı mövcudluğu genişləndirmək və yerli istehsal müəssisələrinə texniki servis və texnoloji xidmətlər göstərməkdir — hətta onların avadanlıqları başqa markaya aid olsa belə, biz satışdan sonrakı texniki dəstəyi təmin edə bilərik. Bunun üçün yüksək ixtisaslı mühəndis komandamız var və onların bəziləri bu gün sərgidə mənimlə birlikdədir.

Sərginin hələ ilk günüdür, amma artıq üç potensial yeni müştəri ilə görüşüb, inyeksiya maşınlarının texniki xidmətinə dair real tələbatlarını müzakirə etmişik. Əsas məqsədimiz, ilk növbədə, müştəri ilə qarşılıqlı etimad münasibətləri qurmaq və daha sonra əməkdaşlığı addım-addım inkişaf etdirməkdir. Bu səhər sərgi ərazisini gəzərək bir neçə iştirakçı ilə vizit kartlar mübadiləsi apardım. Bizim üçün bu sərgi həm tanıtım, həm də yerli bazarı öyrənmək baxımından çox önəmlidir. Bu il sərgidə mən yeni sima ola bilərəm, amma gələn il artıq yerli bazarda tanınan bir iştirakçı kimi geri qayıdacağımıza inanıram. Bu da biznesimizin Azərbaycanda daha da inkişafı üçün yeni imkanlar yaradacaq.

 

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN