Plastron və Eco Plast Group – Azərbaycanda qablaşdırma sənayesinin yeni nəsli

Plastron və Eco Plast Group – Azərbaycanda qablaşdırma sənayesinin yeni nəsli

14 oktyabr 2025 0000
İsmayıl Orucov, “Eco Plast Group” MMC-nin direktoru

Artıq 17 ildir fəaliyyət göstərən və bu gün 3 istehsal fabrikinə malik olan Plastron MMC innovativ yanaşması ilə seçilən şirkətdir. Azərbaycanda yerləşən müəssisələrimizdə biz pendir, ət, süd, kolbasa kimi qida məhsulları üçün qablaşdırmalar, eləcə də qeyri-qida məhsulları üçün plastik qablar istehsal edirik. Eyni zamanda, istənilən növ qəliblərin istehsalı ilə də məşğuluq və bu sahədə yeni istehsal müəssisələri qurmaq istəyən şirkətlərə texnoloji dəstək göstəririk. Sərgidə təqdim etdiyimiz məhsullar arasında qida və boya sənayesi üçün nəzərdə tutulmuş 0.5–20 kq-lıq vedrələr, həmçinin kənd təsərrüfatı və qida sektorunda istifadə olunan səbətlər xüsusi yer tutur.

Əsas məqsədimiz ölkəmizdə istehsal sahələrinin çoxalmasına dəstək verməkdir və bu imkandan yararlanmaq istəyən sahibkarlar kifayət qədərdir. Onlardan bir çoxu ilə məhz sərgilərdə tanış olmuşuq. Hətta bu sahibkarlardan bir neçəsi artıq bu ilki sərgidə öz stendləri ilə təmsil olunurlar. Bütün sahibkarlara da eyni yolu izləməyi, sərgilər vasitəsilə bizneslərini inkişaf etdirməyi tövsiyə edirəm.

Bu sərgidə artıq arada fasilələrlə üçüncü ildir iştirak edirik. İlk dəfədir ki, stendimizdə Plastron MMCEco Plast Group MMC birlikdə təmsil olunurlar. Hər iki şirkət bizim Caspian Express Co MMC-dən törəmiş və hazır məhsul istehsal edən müəssisələrdir.

Sərgilər yerli istehsal üçün böyük dəstək rolunu oynayır. Biz bu imkanlardan maksimum yararlanırıq. Buna görə gələn il daha böyük stendlə çıxış etməyi planlaşdırırıq. Hal-hazırda məhsullarımıza ehtiyacı olan, lakin onları xaricdən idxal edən bir çox şirkət var. Sərgi hələ yeni başlasa da, artıq onlardan ikisi ilə əlaqə yaratmışıq. Bundan başqa, sərgidə stendlə iştirak edən bir neçə özbəkistanlı şirkət də bizimlə əməkdaşlığa maraq göstərir.

 

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN