Biznes əlaqələrinin qurulduğu mühüm platforma
21 oktyabr 2025
0000
Zaman Məmmədov, Sahibkar
Şirkətimiz plastik məhsullar və günəş panelləri istehsalı ilə məşğuldur. Mənim üçün sərgiyə qatılmaq peşəkar zərurətdir — bazarı öyrənmək, yeniliklər haqqında məlumat toplamaq və yeni əlaqələr qurmaq məqsədilə.
Azərbaycanda plastik məhsullar bazarı böyük deyil, buna görə əsas istehsalçılar bir-birini yaxşı tanıyır. Buna baxmayaraq, sərgi məkanında həmkarlarla görüşlər həmişə maraqlı və məhsuldar olur. Bəzi istehsalçılar sərgi üçün yeni məhsullar hazırlayır və biz də onlarla tanış ola bilirik.
Əlbəttə ki, sərgi xarici şirkətlərin ölkəmizdə ilk dəfə öz məhsullarını təqdim etməsinə şərait yaradır. Bu isə həmişə yeni əlaqələr və yeni məhsullar deməkdir. Diqqətimi çəkən məqam odur ki, bu il sərgidə çox sayda Çin şirkətləri iştirak edir. Həmçinin, uzun müddətdir məhsuldar əməkdaşlıq etdiyimiz Rusiya tərəfdaşlarımızla görüşmək də xoş oldu.
Şirkətimiz bir neçə dəfə “Plastex Caspian” sərgisində iştirak edib və hər dəfə müsbət nəticələr əldə edib. Sərgi hər zaman xüsusi və pozitiv atmosfer yaradır və sərgi günlərində yeni əlaqələr qurulur. Mən hesab edirəm ki, belə tədbir yerli bazara çıxmaq istəyən şirkətlər üçün çox faydalıdır. Burada onlar yalnız məhsullarını təqdim etmir, həm də yerli şəraiti öyrənir və şirkət rəhbərliyi səviyyəsində əsas oyunçularla tanış olurlar.